Nazarbayev Qazaxıstan Xalqının Assambleyasının sədri vəzifəsindən istefa verib

Nazarbayev Qazaxıstan Xalqının Assambleyasının sədri vəzifəsindən istefa verib O, Assambleyanın sədri səlahiyyətlərini hazırkı dövlət başçısı Kasım-Jomart Tokayevə verdiyini bildirib
Digər ölkələr
28 Aprel , 2021 15:44
Nazarbayev Qazaxıstan Xalqının Assambleyasının sədri vəzifəsindən istefa verib
Nursultan Nazarbayev

Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayev Qazaxıstan Xalqının Assambleyasının sədri vəzifəsindən ayrıldığını açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə məlumatı “RİA Novosti” yayıb.

O, Assambleyanın sədri səlahiyyətlərini hazırkı dövlət başçısı Kasım-Jomart Tokayevə verdiyini bildirib.

Nazarbayev həmçinin, dəstəyə görə Assambleya üzvlərinə təşəkkür edib.

Son xəbərlər

Orphus sistemi