Bakı. 10 fevral. REPORT.AZ/ Bu gün Brüsseldə NATO-ya üzv dövlətlərin müdafiə nazirlərinin toplantısı keçiriləcək.
"Report" xəbər verir ki, bu haqda Gürcüstan KİV-i məlumat yayıb.
Məlumata görə, toplantıda Türkiyə sərhədlərində monitorinqin aparılması, Suriya və İraqdan qaçqın axını, üzv ölkələrin təhlükəsizliyi kimi məsələlərin müzakirə ediləcəyi gözlənilir.
Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli NATO-ya üzv olan ölkələrin müdafiə nazirlərinin iclasında iştirak edəcək.
Qeyd edək ki, Gürcüstan təşkilatın üzvü deyil.