NATO və ABŞ rəhbərləri Rusiya ilə münasibətləri müzakirə etdilər

NATO və ABŞ rəhbərləri Rusiya ilə münasibətləri müzakirə etdilər NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, 7 iyunda ABŞ prezidenti Cozef Baydenlə görüşdə Rusiya ila münasibətləri müzakirə edib.
Digər ölkələr
138
8 İyun , 2021 02:27
NATO və ABŞ rəhbərləri Rusiya ilə münasibətləri müzakirə etdilər
Yens Stoltenberq

NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, 7 iyunda ABŞ prezidenti Cozef Baydenlə görüşündə Rusiya ila münasibətləri müzakirə edib.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

O, qeyd edib ki, görüşdə həmçinin silahlanmaya nəzarət müzakirə olunub, strateji nüvə silahlarının məhdudlaşdırılması müqaviləsinin uzadılmasını alqışlayıb.

Şimali Atlantika alyansının baş katibi rəsmi Moskva ilə dialoq barədə fikrini bildirib, amma yaxın vaxtlarda Rusiya-NATO şurasının iclasının olub-olmayacağı barədə heç nə deməyib.

"Biz həmçinin Rusiyanı müzakirə etdik. Və ikili yanaşma ilə razıyıq: bizə təmkinlilik və müdafiə lazımdır, həmçinin Rusiya ila dialoq", - Stoltenberq deyib.

NATO və ABŞ rəhbərlərinin danışıqlarında eləcə də Çin, beynəlxalq terrorizm, kiber təhlükə, iqlim dəyişikliyi məsələləri diqqət mərkəzində olub.

Son xəbərlər

Orphus sistemi