Ukraynaya silah tədarükünə nəzarət NATO-ya verilir
Digər ölkələr
- 14 iyun, 2024
- 12:38
NATO-nun müdafiə nazirləri Ukraynaya silah tədarükünə nəzarətin alyansa verilməsi planı ilə bağlı razılığa gəliblər.
“Report” xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Brüsseldə müdafiə nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
“NATO-nun yardımını və təlimini necə idarə edəcəyini müəyyən edən plan üzərində razılaşdıq. Bu, iyulda keçiriləcək sammitdə bu istiqamətdə səylərə başlamağa imkan verəcək”, - o vurğulayıb.
Onun sözlərinə görə, Ukraynaya silah tədarükünün koordinasiyasını NATO-nun Visbadendəki strukturları həyata keçirəcək.
NATO-nun növbəti sammiti 2024-cü il iyulun 9-dan 11-dək ABŞ-nin paytaxtı Vaşinqtonda keçiriləcək və alyansın 75-ci ildönümünə həsr olunacaq.
Son xəbərlər
01:01
DMM: Sosial mediada Ərdoğanın adından yayılan ifadələr yalandır
Region00:52
İnfantino İranla ABŞ-nin "DÇ-2026 problemi"ni çözməyə çalışır
Digər ölkələr00:36
Netanyahu "Mossad"ın yeni rəhbərini təsdiqləyib
Digər ölkələr23:55
Demokratlar zorakılıq qalmaqalı fonunda ermənipərəst Suolvelli istefaya çağırıblar
Digər ölkələr23:49
Orban parlament seçkilərində partiyasının məğlubiyyətini etiraf edib
Digər ölkələr23:30
KİV: Böyük Britaniya ABŞ-nin Hörmüz boğazındakı missiyasına qoşulmayacaq
Digər ölkələr23:19
WSJ: SEPAH-ın zərbə katerlərinin 60%-dən çoxu işlək vəziyyətdədir
Digər ölkələr23:07
Xəzər dənizində 4.6 maqnitudalı zəlzələ qeydə alınıb - YENİLƏNİB
Hadisə23:02