NATO Ukraynanın ehtiyacları üçün məsuliyyəti ölkələri arasında bölüşdürəcək

NATO Ukraynanın ehtiyacları üçün məsuliyyəti ölkələri arasında bölüşdürəcək Qərb ölkələri Ukraynanın hərbi ehtiyaclarını bir neçə növə böləcək və bu ərazilərin hər birində təchizat üçün məsul NATO dövlətlərini təyin edəcək.
Digər ölkələr
8 Yanvar , 2025 06:53
NATO Ukraynanın ehtiyacları üçün məsuliyyəti ölkələri arasında bölüşdürəcək

Qərb ölkələri Ukraynanın hərbi ehtiyaclarını bir neçə növə böləcək və bu ərazilərin hər birində təchizat üçün məsul NATO dövlətlərini təyin edəcək.

"Report"un xarici KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə Pentaqonun yüksək rütbəli nümayəndəsi brifinqdə bildirib.

Onun sözlərinə görə, donor qrupu çərçivəsində səkkiz “qabiliyyət koalisiyası” yaradılıb. Onların hər biri Ukraynanın hərbi ehtiyaclarının bir aspektini təmin etmək üçün məsuliyyət daşıyacaq. Bu alt qrupların hər biri daxilində koordinasiya NATO-nun azı 2 ölkəsi tərəfindən həyata keçirilir.

“Bu koalisiyaların liderləri Ukraynanın 2027-ci ilə qədər hava qüvvələri, zirehli texnika, artilleriya, minalardan təmizləmə, pilotsuz uçuş aparatları, inteqrasiya olunmuş raket və hava hücumundan müdafiə, informasiya texnologiyaları və dəniz təhlükəsizliyi kimi sahələrdə ehtiyac və məqsədlərini ifadə edən yol xəritələrini təsdiqləməlidirlər”, - Pentaqonun nümayəndəi deyib.

Qeyd edək ki, yanvarın 9-da Almaniyanın Ramşteyn aviabazasında Ukraynaya silah tədarükünün əlaqələndirilməsi üzrə Qərb ölkələri qrupunun 25-ci iclası keçiriləcək. İclasda ABŞ-nin müdafiə naziri Lloyd Ostin də iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi