​NATO Suriyada İŞİD-ə qarşı mübarizəyə qoşulur

​NATO Suriyada İŞİD-ə qarşı mübarizəyə qoşulur Alyans Avropada hibrid təhlükələrin qarşısının alınması məqsədilə strategiya hazırlayıb
Digər ölkələr
11 Fevral , 2016 15:59
​NATO Suriyada İŞİD-ə qarşı mübarizəyə qoşulur

Bakı. 11 fevral. REPORT.AZ/ NATO terrorçu İŞİD qruplaşmasına qarşı mübarizədə ABŞ-ın başçılıq etdiyi koalisiyaya yardım etmək üçün öz təyyarələrini və aviasiya idaretmə sistemini (AWACS ) Suriya göndərəcək.

"Report" xarici KİV-inə istinadən xəbər verir ki, bu haqda NATO-ya üzv dövlətlərin müdafiə nazirlərinin toplantısında qəbul edilib.

Məlumata görə, bununla da NATO Suriyada ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyaya rəsmi şəkildə qoşulub.

Xəbərə əsasən, həmin tədbirdə NATO Avropada hibrid təhlükələrin qarşısının alınması məqsədilə stretegiya hazırlayıb. Alyansın baş katibi Yens Stoltenberq deyib ki, qurum bu sahədə Avropa İttifaqı ilə sıx əməkdaşlıq etmək niyyətindədir. 

Son xəbərlər

Orphus sistemi