Yuxarı
    Bağlamaq

    NATO: Rusiyanın Bəşər Əsəd rejiminə dəstək verməsi müharibəni uzadır

    Stoltenberg NATO-nun öz qüvvələrini Suriyaya göndərmək niyyətində olmadığını deyib.

    Bakı. 12 oktyabr. REPORT.AZ/ NATO baş katibi Yans Stoltenberg Rusiyanın Suriya prezidenti Bəşər Əsədi dəstəkləməkdə davam etməsinin ölkədə böhranı yalnız uzatdığını bəyan edib. 

    “Report”un BBC-yə istinadən verdiyi xəbərə görə, Alyansa üzv olan ölkələrin Norvecdə keçirilən parlament assambleyasında çıxış edən NATO baş katibi Rusiyanı İD qruplaşmasına qarşı mübarizədə daha konstruktiv rol oynamağa çağırıb.

    Stoltenberg Şimali Atlantika alyansının öz qüvvələrini Suriyaya göndərmək niyyətində olmadığını deyib.

    Rusiya aviasiyası ikinci həftədir ki, Suriya ərazisinə havadan zərbələr endirir.

    ABŞ, Britaniya və digər NATO ölkələri Rusiya zərbələrinin yalnız kiçik bir qisminin İD qruplaşması mövqelərinə dəydiyini, əsas hissəsinin isə Bəşər əl-Əsədə mötədil müxalifətdə olanlara vurulduğunu iddia edir. Rusiya bu iddiaları rədd edir.

    Ötən gün prezident Putin Rusiyanın Suriyada keçirdiyi əməliyyatının əsas məqsədinin ölkədə "qanuni hökümətin durumunu sabitləşdirmək" olduğunu etiraf edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi