Yuxarı
    Bağlamaq

    NATO: Rusiya Şərqi Ukraynada hücum planı hazırlığında ola bilər

    Hazırda Ukraynada vəziyyət qeyri-stabil olaraq qalır

    Bakı. 30 aprel. REPORT.AZ/ NATO-nun Avropa birləşmiş qüvvələrinin baş hərbi komandanı, general Filip Bridlav xəbərdarlıq edib ki, Şərqi Ukraynada əldə olunan atəşkəs rejimindən istifadə edən Rusiya nəzarəti altında olan hərbi birlikləri yenidən qruplaşdıraraq yeni hücum planını həyata keçirə bilər.

    "Report" BBC-yə istinadən xəbər verir ki, general Bridlav etiraf edib ki, Rusiyanın Şərqi Ukraynada keçirdiyi son hərbi manevrlər Pentaqon üçün gözlənilməz olub.

    Onun sözlərinə görə, hazırda Ukraynada vəziyyət qeyri-stabil olaraq qalır.

    Qeyd edək ki, general F.Bridlav daha əvvəl də Rusiyalı hərbçiləri Donetsk və Luqansk vilayətlərinin sakinlərinə hərbi təlim keçməkdə günahlandırmışdı.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi