NATO rəsmisi: "Ukraynada razılıq əldə edilməsi üçün siyasi şərait görmürük”

NATO rəsmisi: "Ukraynada razılıq əldə edilməsi üçün siyasi şərait görmürük” “Ukraynada sonda siyasi həll yolu tapılacaq, ancaq təəssüf ki, hazırda razılıq əldə edilməsi üçün siyasi şərait görmürük”.
Digər ölkələr
27 May , 2022 17:14
NATO rəsmisi: Ukraynada razılıq əldə edilməsi üçün siyasi şərait görmürük”
Mirça Coane

“Ukraynada sonda siyasi həll yolu tapılacaq, ancaq təəssüf ki, hazırda razılıq əldə edilməsi üçün siyasi şərait görmürük”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu NATO Baş katibinin müavini Mirça Coane İtaliya telekanalına müsahibəsində bildirib.

İtaliyanın dinc yolla tənzimlənmə planına münasibət bildirən Baş katibin müavini deyib: “Tərəflərin mövqeyi bir-birindən hələ çox uzaqdır. Bizi siyasi razılığa gətirə biləcək istənilən cəhdi dəstəkləyirik”.

Qeyd edək ki, bir müddət əvvəl “La Repubblica” qəzeti bu plan barədə məlumat vermişdi. İtaliyanın xarici işlər naziri Luici Di Mayo bir müddət əvvəl BMT və G7-yə Ukraynada vəziyyətin sülh yolu ilə tənzimlənməsini, Avropanın bütün ərazilərinin təhlükəsizliyini qoruyub saxlamaq üçün atəşkəsin tətbiqini təklif etmişdi.

Son xəbərlər

Orphus sistemi