NATO-nun Macarıstandakı qrupuna beş ölkənin hərbçiləri daxil olacaq

NATO-nun Macarıstandakı qrupuna beş ölkənin hərbçiləri daxil olacaq NATO-nun Macarıstandakı çoxmillətli döyüş qrupuna ABŞ, İtaliya, Türkiyə, Xorvatiya və Monteneqrodan olan əsgərlər qoşulacaq.
Digər ölkələr
135
25 Mart , 2022 06:41
NATO-nun Macarıstandakı qrupuna beş ölkənin hərbçiləri daxil olacaq

NATO-nun Macarıstandakı çoxmillətli döyüş qrupuna ABŞ, İtaliya, Türkiyə, Xorvatiya və Monteneqrodan olan əsgərlər qoşulacaq.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban NATO sammitinin yekunlarına dair açıqlamasında deyib.

Orban bildirib ki, müdafiə məqsədləri üçün Macarıstanda əlavə birliklər yerləşdiriləcək. Onlar ölkınin silahlı qüvvələri ilə birlikdə macar xalqının sülh və təhlükəsizliyinə təminat verəcəklər.

"NATO-nun ən mühüm ümumi məqsədi müharibənin Ukraynanın hüdudlarından kənara çıxmamasını təmin etməkdir", - Macarıstanın Baş naziri vurğulayıb.

Qeyd edək ki, Brüssel sammitində NATO liderləri alyansın şərq cinahını gücləndirmək üçün Ukraynanın qonşuları - Bolqarıstan, Macarıstan, Slovakiya və Rumıniyada çoxmillətli döyüş qrupları yaratmaq qərarına gəliblər.

Son xəbərlər

Orphus sistemi