Belçikanın paytaxtı Brüssel şəhərində NATO-nun mənzil qərargahında Alyansa üzv olan ölkələrin xarici işlər nazirlərinin fövqəladə iclası keçirilib.
“Report” xəbər verir ki, toplantıda Ukraynadakı vəziyyət müzakirə olunub.
İclasda Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Jozef Borel, Finlandiyanın xarici işlər naziri Pekka Haavisto və İsveçin xarici işlər naziri Ann Linde də iştirak edib.
NATO ölkələrinin xarici işlər nazirlərinin görüşü başlayır.
“Report” xəbər verir ki, toplantı Belçikanın paytaxtı Brüsseldə Alyansın mənzil qərargahında keçiriləcək.
XİN başçıları Ukraynadakı son vəziyyəti müzakirə edəcəklər. Rəsmi bildirişdə NATO xarici işlər nazirləri arasında müzakirənin konkret mövzusu göstərilmir, lakin Brüsseldəki mənbələr və media nazirlərin görüşünün məqsədinin Qərb ölkələrinin Ukrayna hadisələri ilə bağlı fəaliyyətlərini, xüsusilə rəsmi Kiyevə dəstəyin koordinasiya etmək olduğunu bildirib.
Qeyd edək ki, fövqəladə iclasda Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu da iştirak edəcək.