NATO-nun baş komandanı: Daha bir neçə F-16 Kiyevə ötürülməyə hazırlanır

NATO-nun baş komandanı: Daha bir neçə F-16 Kiyevə ötürülməyə hazırlanır Əlavə F-16 qırıcı-bombardmançı təyyarələri Ukraynaya çatdırılmaq üçün hazırlanır.
Digər ölkələr
4 aprel 2025 01:42
NATO-nun baş komandanı: Daha bir neçə F-16 Kiyevə ötürülməyə hazırlanır

Daha bir neçə F-16 qırıcısı Ukraynaya təhvil verilməyə hazırlanır.

“Report” xəbər verir ki, bu barədə NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı amerikalı general Kristofer Kavoli söyləyib.

“Orada [Ukraynada] bir neçə F-16 var. Orada bir neçə [təlim keçmiş] pilot var. Göndərilməyə hazırlanan daha çox F-16 var. Daha çox pilot təlim prosesindədir, onların sayını dinləmələrin qapalı hissəsində sizə deyə bilərəm. Onlar işləyirlər. Təyyarələr sıradadır və hər gün uçurlar”, – general ABŞ Senatın Silahlı Qüvvələr Komitəsinin dinləmələrində bildirib.

O əlavə edib ki, F-16 təyyarələrinin heç biri ABŞ-dən Ukraynaya çatdırılmayıb. Bunlar əsasən Şimali Avropa ölkələrindən olan hava gəmiləri idi.

Kavoli həmçinin qeyd edib ki, Ukrayna hərbçiləri “Patriot” zenit-raket komplekslərindən istifadə etməyə davam edirlər.

Son xəbərlər

Orphus sistemi