NATO-nun baş katibi KXDR-in raket buraxmasını pisləyib

NATO-nun baş katibi KXDR-in raket buraxmasını pisləyib Yens Stoltenberq: "Mən KXDR-in ballistik raket buraxmasını pisləyirəm"
Digər ölkələr
13 Fevral , 2017 05:57
NATO-nun baş katibi KXDR-in raket buraxmasını pisləyib

Bakı. 13 fevral. REPORT.AZ/ NATO-nun baş katibi Yens Stoltenberq Koreya Xalq Demokratik Respublikasının (KXDR) raket buraxmasını pisləyib.

"Report" xəbər verir ki, bu barədə "RİA Novosti" Şimali Atlantika Alyansına istinadən məlumat yayıb.

Məlumata görə, Yens Stoltenberq KXDR-in ballistik raket buraxılışının regional və beynəlxalq təhlükəsizliyi pozduğunu bildirib. 

"Mən KXDR-in ballistik raket buraxmasını pisləyirəm. Bu BMT Təhlükəsizlik Şurasının 2016-cı ilin noyabrında qəbul edilmiş 2321 saylı qətnaməsi də daxil olmaqla, çoxsaylı qətnamələrinin daha bir pozuntusudur" - deyə baş katib qeyd edib.

O, bir daha qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin pozuntusunun və təxribatın davam etdirilməsi regional və beynəlxalq təhlükəsizliyi pozur. Yens Stoltenberq həmçinin Pxenyanı növbəti təxribatlardan çəkinməyə, BMT-nin tələbi ilə ballistik proqramları dayandırmağa çağırıb.

Son xəbərlər

Orphus sistemi