Yuxarı

NATO baş katibi: "İslam Dövlətinə" qarşı mübarizə uzun illər davam edə bilər

İslam Dövlətinə qarşı mübarizə heç də asan iş deyil. Səylərimiz uzun illər davam edə bilər

Bakı. 27 May. REPORT.AZ/ İraq və Suriyada aktiv olan terrorçu "İslam Dövləti" qruplaşmasına qarşı mübarizə uzun illər davam edə bilər. "Report" BBC-yə istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberg bildirib.

Onun sözlərinə görə, "İslam Dövləti" ilə mübarizə heç də asan iş deyil.  "Səylərimiz uzun illər davam edə bilər", - deyən Y.Stoltenberg, bildirib ki, gələcəkdə bölgədə təhlükəsizliyi yerli hərbi birləşmələrin özləri təmin edəcək. Ancaq bu məqsədə nail olmaq üçün "illərlə işləmək" lazımdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi