NATO müdafiə nazirləri alyansın qlobal müdafiə planını təsdiq edib

NATO müdafiə nazirləri alyansın qlobal müdafiə planını təsdiq edib NATO-ya daxil olan ölkələrin müdafiə nazirləri alyans dövlətlərinin 1 milyarda yaxın əhalisini istənilən təhdiddən qorumağı nəzərdə tutan qlobal müdafiə planını təsdiqləyib.
Digər ölkələr
22 Oktyabr , 2021 04:12
NATO müdafiə nazirləri alyansın qlobal müdafiə planını təsdiq edib

NATO-ya daxil olan ölkələrin müdafiə nazirləri alyans dövlətlərinin 1 milyarda yaxın əhalisini istənilən təhdiddən qorumağı nəzərdə tutan qlobal müdafiə planını təsdiqləyib.

"Report" xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Brüsseldə alyans ölkələrinin müdafiə nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.

"Nazirlər böhran və qarşıdurmalar halında alyansı qorumaq üçün hərtərəfli planı təsdiq etdilər. Eyni zamanda, müdafiə nazirləri alyans dövlətlərinin yeni silah və texnika əldə etmək barədə razılığa gəliblər", - Stoltenberq qeyd edib.

Stoltenberq vurğulayıb ki, Şimali Atlantika alyansı Çin ordusunun intensiv şəkildə modernləşdirilməsinə cavab verəcək:

"Çindəki yüksəliş nəticəsində qlobal güc balansı dəyişir. Bu ölkə hərbi potensialını intensiv şəkildə modernləşdirir, yeni kibernetik üstünlüklər əldə edir. Eləcə də inkişaf etmiş nüvə sistemləri və uzaq mənzilli raketlər hazırlayır. Çinin kiberməkanda bizə yaxınlaşdığını görürük. Müttəfiqlərimizlə birlikdə daha çox iş görməyə razılaşmağımız, xüsusən də Çinin hərəkətlərinə cavabdır".

"NATO-nun süni intellektlə bağlı strategiyası, texnoloji cəhətdən daha inkişaf etmiş silah sistemlərinin yaradılması Avroatlantik məkanı qorumaq üçün Çinin yüksəlişinə cavab vermək məqsədi daşıyır", - alyansın Baş katibi əlavə edib.

Son xəbərlər

Orphus sistemi