Latviya və Rumıniyadakı dron insidentləri NATO-da müzakirə ediləcək

Latviya və Rumıniyadakı dron insidentləri NATO-da müzakirə ediləcək Latviya və Rumıniyanın xahişi ilə NATO-nun ən yüksək səviyyəsində “dron insidentləri” ilə bağlı müzakirə aparılacaq.
Digər ölkələr
9 Sentyabr , 2024 19:44
Latviya və Rumıniyadakı dron insidentləri NATO-da müzakirə ediləcək

Latviya və Rumıniyanın xahişi ilə NATO-nun ən yüksək səviyyəsində “dron insidentləri” ilə bağlı müzakirə aparılacaq.

“Report” xəbər verir ki, bu barədə Latviya Prezidenti Edqars Rinkeviç “TV24” telekanalına müsahibəsində bildirib.

“Daha geniş nöqteyi-nəzərdən görürük ki, Polşa, Rumıniya və indi də Latviya kimi NATO-ya üzv ölkələrin ərazisinə dronlar vasitəsilə soxulmaq ilə bağlı oxşar insidentlər artıq baş verib. Müxtəlif tipli insidentlərin nəzərə alınmalı olduğu yeni reallıq var və bu yeni təhdidlərə qətiyyətlə qarşı çıxmaq üçün daha tutarlı ümumi NATO strategiyası hazırlanmalıdır”, - Rinkeviç deyib.

Onun fikrincə, eyni zamanda Latviyanın imkanlarını, məsələn, müxtəlif növ potensial təxribatçı elementlərə, o cümlədən hava hücumundan müdafiə sistemlərinə qarşı mübarizədə, daim təkmilləşdirmək lazımdır.

Xatırladaq ki, daha əvvəl sentyabrın 7-də Rusiyaya məxsus hərbi pilotsuz uçuş aparatının Belarusdan Latviyaya uçduğu, sonra isə Rezekne diyarında qəzaya uğradığı bildirilmişdi. Latviya Müdafiə Nazirliyinin məlumatına görə, ilkin məlumatlar obyektin Latviyada düşmən hədəflərinin olmadığını göstərib. Bu vəziyyəti şərh edən Latviya Prezidenti isə bildirib ki, hazırda Müdafiə Nazirliyi və Milli Silahlı Qüvvələr (MSQ) əlavə təfərrüatları öyrənmək üçün araşdırmaları davam etdirir.

Son xəbərlər

Orphus sistemi