NATO Baş katibi: "Ukraynaya daha çox dəstək verəcəyik"

NATO Baş katibi: "Ukraynaya daha çox dəstək verəcəyik" “Bu müharibəyə görə Putin məsuliyyət daşıyır. Ölümlərə görə o cavabdehdir”.
Digər ölkələr
5 Aprel , 2022 16:29
NATO Baş katibi: Ukraynaya daha çox dəstək verəcəyik
Yens Stoltenberq

“Bu müharibəyə görə Rusiya Prezidenti Vladimir Putin məsuliyyət daşıyır. Ölümlərə görə o, cavabdehdir”.

“Report” xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq keçirdiyi mətbuat konfransında deyib.

“Bizim öhdəmizə düşən Ukraynanı müdafiə etməkdir. 2014-cü ilə nisbətən indi Ukrayna Ordusu daha güclüdür. Biz Putinə təzyiqləri artırmağa çalışırıq. Ukraynaya daha çox dəstək verəcəyik. Digər tərəfdən isə biz müharibənin Ukrayna sərhədlərindən kənara çıxmamasını istəyirik. Çünki bu, NATO ilə Rusiya arasında savaşa səbəb olacaq və daha çox itki ilə nəticələnəcək”, - Alyansın rəhbəri bildirib.

Son xəbərlər

Orphus sistemi