NATO Baş katibi: Ukrayna Rusiya ilə danışıqlar aparmaq iqtidarında deyil

NATO Baş katibi: Ukrayna Rusiya ilə danışıqlar aparmaq iqtidarında deyil Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.
Digər ölkələr
13 yanvar 2025 16:55
NATO Baş katibi: Ukrayna Rusiya ilə danışıqlar aparmaq iqtidarında deyil

Ukrayna Rusiya ilə danışıqlar aparmaq iqtidarında deyil.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rutte Brüsseldə Avropa Parlamentində çıxışı zamanı deyib.

“Hazırda Ukrayna güc mövqeyindən danışıqlar apara bilməz", - o bildirib.

O, həmçinin söyləyib ki, NATO-ya üzv ölkələr müdafiəyə Ümumi Daxili Məhsulun (ÜDM) əvvəllər razılaşdırılmış 2 %-dən xeyli çox xərcləməlidir:

"Düzünü desəm, ÜDM-in 2 %-i kifayət deyil. Növbəti illərdə təhlükəsiz qalmaq üçün müttəfiqlər əhəmiyyətli dərəcədə 2 %-dən çox vəsait xərcləməlidirlər. Güclü müdafiə bizim üçün əsas prioritetdir. Bu, daha çox xərcləmək və istehsal etmək deməkdir. Həm də müharibəni qızışdırmaq yox, onun qarşısını almaq üçündür".

Son xəbərlər

Orphus sistemi