NATO-nun Baş katibi Trampla görüşüb
Digər ölkələr
- 23 noyabr, 2024
- 11:22
NATO-nun Baş katibi Mark Rütte Floridada ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampla danışıqlar aparıb.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Şimali Atlantika Alyansı məlumat yayıb.
"NATO-nun Baş katibi Mark Rütte ötən gün Palm-Biçdə (Florida) ABŞ-nin seçilmiş Prezidenti Donald Trampla görüşüb", - məlumatda bildirilib.
Açıqlamada qeyd olunub ki, D.Tramp və M.Rütte alyansın üzləşdiyi geniş spektrli qlobal təhlükəsizlik problemlərini müzakirə ediblər.
Bundan əlavə, M.Rütte və onun nümayəndə heyəti ABŞ Nümayəndələr Palatasının üzvü Mayk Uolts, həmçinin D.Trampın beynəlxalq məsələlər üzrə komandasının nümayəndələri ilə görüşüb. Tramp Mayk Uoltsu milli təhlükəsizlik üzrə müşaviri təyin etməyi qərara alıb.
Son xəbərlər
09:43
Hikmət Hacıyev: Qarabağ və Şərqi Zəngəzur əsl dirçəliş dövrünü yaşayır
Qarabağ09:42
AMB gündəlik kreditlərin restrukturizasiyası şərtlərini sərtləşdirib
Maliyyə09:30
Aİ-nin xüsusi nümayəndəsi Maqdalena Qrono Qarabağ və Şərqi Zəngəzura səfər edir
Qarabağ09:28
Qazaxıstan hərbçilərinin Xəzərdə təlimləri başlayıb
Region09:28
Harri Keyn UEFA Çempionlar Liqasında nadir rekordu təkrarlayıb
Futbol09:22
Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşır
Energetika09:10
UEFA reytinqi: Azərbaycan həftəni 25-ci pillədə başa vurub
Futbol09:07
Premyer Liqa: V tur "İmişli" - "Neftçi" oyunu ilə start götürəcək
Futbol09:06