NATO Baş katibi: "Rusiya dünya ölkələri arasında parçalanma yaratmağa çalışır"

NATO Baş katibi: "Rusiya dünya ölkələri arasında parçalanma yaratmağa çalışır" “90 il əvvəl Sovet İttifaqının siyasətinin nəticəsi olan dəhşətli Qolodomor milyonlarla ukraynalının ölümünə səbəb olub. Rusiya aclıqdan bu gün dı Ukraynaya qarşı müharibə silahı kimi istifadə edir”.
Digər ölkələr
26 Noyabr , 2022 15:53
NATO Baş katibi: Rusiya dünya ölkələri arasında parçalanma yaratmağa çalışır

“90 il əvvəl Sovet İttifaqının siyasətinin nəticəsi olan dəhşətli Qolodomor milyonlarla ukraynalının ölümünə səbəb olub. Rusiya aclıqdan bu gün də Ukraynaya qarşı silah kimi istifadə edir”.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltemberq deyib.

O bildirib ki, Rusiya, həmçinin dünyanın digər ölkələri arasına parçalanma yaratmağa çalışır.

Y.Stoltenberqin sözlərinə görə, Şərqi Avropadakı savaş nəinki Avropaya, həmçinin digər ölkələrə, dünyanın ən həssas qrupları da daxil olmaqla hər kəsə təsir edir: “Rusiya Ukraynanın azadlığını və suverenliyini təhdid etmək üçün təkcə bomba və güllələrdən istifadə etmir. Rusiya hamımızı parçalamaq və sabitliyi pozmaq üçün qaz və taxıldan silah kimi istifadə edir”. 

O söyləyib ki, Alyansın müttəfiqləri Ukraynanın suveren və müstəqil bir ölkə kimi varlığını qoruyub saxlaması üçün bu ölkəyə indiyə qədər görünməmiş maliyyə, humanitar və hərbi dəstək verir: “Nə qədər vaxt lazımdırsa, o qədər Ukraynanın yanında olacağıq”.

Son xəbərlər

Orphus sistemi