Nant kilsəsindəki yanğın söndürüldü

Nant kilsəsindəki yanğın söndürüldü Fransanın Nant şəhərində XV əsrə aid Müqəddəs Pyotr və Pavel kafedral kilsəsində baş verən yanğın tam söndürülüb.
Digər ölkələr
18 İyul , 2020 21:23
Nant kilsəsindəki yanğın söndürüldü

Fransanın Nant şəhərində XV əsrə aid Müqəddəs Pyotr və Pavel kafedral kilsəsində baş verən yanğın tam söndürülüb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu bərədə yanğınsöndürmə briqadasının sözçüsü Jerom Lanqlua bildirib.

Hadisə yerinə Fransanın Baş Naziri Jan Kasteks, Daxili İşlər naziri Jerald Darmanen və Mədəniyyət naziri Rozelin Başlı da gəlib.

Artıq şəhərin prokurorluğu kilsəsinin qəsdən yandırılması ilə bağlı təhqiqata başlayıb. Yanğının baş verməsinə əsas kimi kriminal versiya göstərilib.

Yanğınsöndürənlər səhərə qədər kilsənin daxilinə heç kəsi buraxmayacaqlar. Buna səbəb yanğınla bağlı dəlillərin itə bilmə ehtimalıdır.

Son xəbərlər

Orphus sistemi