Yuxarı

Naməlum şəxslər Misirdə piramidalar yaxınlığında turistlərə atəş açıb

Tur avtobusu hotelə çatarkən motosikletdə olan naməlum şəxslər atəş açıb

Bakı. 7 yanvar. REPORT.AZ/ Üzü maskalı silahlı şəxslər Misirin paytaxtı Qahirədə turistlərə atəş açıb. "Report" TASS-a istinadən xəbər verir ki, hadisə məşhur Giza piramidalarının yaxınlığındakı "Piramidalar" hotelinin yaxınlığında baş verib.

Tur avtobusu hotelə çatarkən və sərnişinlər avtobusdan düşməyə başlayarkən motosikletdə olan naməlum şəxslər onlara yaxınlaşaraq atəş açıb.

İlkin məlumata görə, hadisə zamanı heç kim xəsarət almayıb.

Atəş zaman hotelin foyesinin pəncərə şüşələri qırılıb, yaxınlıqda park etmiş bir neçə avtomobilə xəsarət yetirilib. 

Olayla bağlı artıq bir şübhəli şəxs həbs olunub. Onun kimliyi də müəyyən edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi