Myanmanın sabiq dövlət müşaviri 4 il müddətinə azadlıqdan məhrum edilib

Myanmanın sabiq dövlət müşaviri 4 il müddətinə azadlıqdan məhrum edilib Myanma məhkəməsi respublikanın sabiq dövlət müşaviri Aun San Su Çjini 4 il müddətinə azadlıqdan məhrum edib.
Digər ölkələr
10 Yanvar , 2022 10:13
Myanmanın sabiq dövlət müşaviri 4 il müddətinə azadlıqdan məhrum edilib

Myanma məhkəməsi respublikanın sabiq dövlət müşaviri Aun San Su Çjini 4 il müddətinə azadlıqdan məhrum edib.

“Report” TASS-a istinadən xəbər verir ki, qərar onunla bağlı aparılan məhkəmə prosesi çərçivəsində çıxarılıb. Ona qarşı irəli sürülən digər ittihamlar lisenziyasız ratsiyaların və siqnalboğucu cihazların saxlanması ilə bağlıdır.

Ötən il dekabrın 27-si növbəti qərarın çıxarılması gözlənilsə də, dəqiqləşdirilməmiş səbəblərdən bu, təxirə salınıb.

Dekabrın əvvəli Aun San Su Çji orduya qarşı düşmənçiliyin qızışdırılması və koronavirusun profilaktikası ilə bağlı qaydaların pozulması ittihamı ilə daha 2 il müddətinə azadlıqdan məhrum edilib. Daha əvvəl ona qarşı təbii fəlakətlərin fəsadlarının aradan qaldırılması haqqında qanunun pozulması, həmçinin korrupsiya kimi bir sıra ittihamlar irəli sürülüb.

Ümumilikdə, 76 yaşlı Aun San Su Çji 100 il müddətinə azadlıqdan məhrumetmə cəzası ala bilər. Sabiq dövlət müşaviri isə ona qarşı irəli sürülən bütün ittihamları rədd edir.

Son xəbərlər

Orphus sistemi