Yuxarı

​Myanmada sürüşmə qurbanlarının sayı 90 nəfərə çatıb

70-dən çox tikili dağıntılar altında qalıb

Bakı. 22 noyabr. REPORT.AZ/ Myanmada sürüşmə qurbanlarının sayı 90 nəfərə çatıb.

"Report" AFP-yə istinadən xəbər verir ki, hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.

Bunadək ölənlərin 75 nəfər olduğu bildirilirdi.

Sürüşmə noyabrın 21-də Myanmanın şimalında yerləşən Kaçin ştatında, Hpakan şəhəri ətrafında yerləşən nefrit hasilatı mədəni yaxınlığında baş verib.

Sel axınına mədənçilərin yaşayış evləri məruz qalıb. Hökumətin qiymətləndirməsinə görə, 70-dən çox tikili dağıntılar altında qalıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi