Myanmada prezident və dövlət müşaviri saxlanılıb

Myanmada prezident və dövlət müşaviri saxlanılıb Myanmanın prezidenti Vin Min, həmçinin hökumət başçısı, dövlət müşaviri Aun San Su Çji naməlum şəraitə saxlanılıb.
Digər ölkələr
1 Fevral , 2021 03:26
Myanmada prezident və dövlət müşaviri saxlanılıb
Vin Min və Aun San Su Çji

Myanmanın prezidenti Vin Min, həmçinin hökumət başçısı, dövlət müşaviri Aun San Su Çji naməlum şəraitdə saxlanılıb.

“Report” xəbər verir ki, bu barədə hakim partiyanın nümayəndəsinə istinadən “Reuters” agentliyi məlumat yayıb.

Hakim "Demokratiya üçün Milli Liqa" Partiyasının nümayəndəsinin agentliyə verdiyi məlumata görə, bu şəxslərlə yanaşı, partiyanın bir neçə üzvü də saxlanılıb.

Onların hansı struktur tərəfindən saxlanıldıqları məlum deyil.

Partiyanın mətbuat katibi Mio Nyunt müraciətində vətəndaşları provokasiyalara reaksiya verməməyə və qanun çərçivəsində hərəkət etməyə çağırıb. O, bununla yanaşı, hadisəni dövlət çevrilişi kimi xarakterizə edib. Mətbuat katibi bildirib ki, çevrilişin arxasında ordu dayanır.

Xatırladaq ki, daha əvvəl yerli mətbuatda hökumət və ordu arasında gərginliyin davam edən eskalasiyasından sonra dövlət çevrilişinə hazırlıq haqqında informasiya yayılıb.

Son xəbərlər

Orphus sistemi