Myanmada aksiyalarda öldürülənlərin sayı 700 nəfəri ötdü

Myanmada aksiyalarda öldürülənlərin sayı 700 nəfəri ötdü Myanmada təhlükəsizlik qüvvələrinin əməkdaşlarının hərbi xuntaya və qanuni hökumətin üzvlərinin həbsinə qarşı keçirilən etiraz aksiyasına müdaxiləsi nəticəsində həlak olanların sayı 703 nəfəri ötüb
Digər ölkələr
12 Aprel , 2021 06:48
Myanmada aksiyalarda öldürülənlərin sayı 700 nəfəri ötdü

Myanmada təhlükəsizlik qüvvələrinin əməkdaşlarının hərbi xuntaya və qanuni hökumətin üzvlərinin həbsinə qarşı keçirilən etiraz aksiyasına müdaxiləsi nəticəsində həlak olanların sayı 703 nəfəri ötüb.

“Report” xəbər verir ki, bu barədə Myanmada Siyasi Məhbuslara Yardım Assosiasiyasının (AAPP) gündəlik məruzəsində bildirilir.

Qeyd edilir ki, aksiyaların 3 012 iştirakçısı hələ də həbsxanalarda saxlanılır. Onlardan 656-i barəsində həbs qərarı çıxarılıb.

Bir gün əvvəl Myanmanın cənubunda Baqo şəhərində etiraz aksiyasına hərbçilərin müdaxiləsi nəticəsində azı 82 nümayişçi həlak olub.

Xatırladaq ki, fevralın 1-də Myanmada ordu ölkənin xarici işlər nazirini, dövlət müşaviri Aun San Su Çjini və başqa rəhbər şəxsləri saxlayaraq hakimiyyətin ələ keçirildiyini elan edib. Hazırda ölkədə hakimiyyət Myanma Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Min Aun Xlaynın əlindədir. Hərbçilər bildiriblər ki, çevriliş 8 noyabr 2020-ci ildə keçirilən seçkilərdə kütləvi saxtakarlıq ittihamlarına cavab olub. Çevrilişin ardınca Myanmada fövqəladə vəziyyət rejimi elan edilib. Ölkədə il ərzində hərbi xunta hakimiyyətdə olacaq.

Son xəbərlər

Orphus sistemi