Myanmada mədəndə torpaq sürüşməsi nəticəsində 25 nəfər itkin düşüb

Digər ölkələr
  • 14 avqust, 2023
  • 10:03
Myanmada mədəndə torpaq sürüşməsi nəticəsində 25 nəfər itkin düşüb

Myanmada nefrit mədənində baş verən torpaq sürüşməsi nəticəsində 25 nəfər itkin düşüb.

“Report” xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.

Hadisə avqustun 13-də ölkənin şimalındakı Kaçin vilayətində baş verib. Yeni torpaq sürüşməsi təhlükəsinə baxmayaraq, axtarış-xilasetmə işləri davam etdirilir.

Son xəbərlər

Bütün Xəbər Lenti