Myanmada martın 14-də hərbi rejim əleyhinə keçirilən etiraz yürüşünün dağıdılması zamanı polis və ordunun atəş açması nəticəsində ölən aksiyaçıların sayı 71-ə çatıb.
“Report” xəbər verir ki, məlumatı “The Irrawaddy” yayıb.
Ölənlərin sayının artacağı istisna deyil.
Bildirilib ki, fevralın əvvəlindən indiyədək sutka ərzində ən çox aksiya iştirakçısı martın 14-də öldürülüb.
Qəzetin hesablamasına əsasən, hərbçilər hakimiyyətə gələndən aksiyaların dağıdılması zamanı 167 etirazçı qətlə yetirilib.
Myanmada polis və ordu hərbi çevrilişə və seçilmiş hökumət üzvlərinin tutulmasına etiraz olaraq aksiya keçirən kütləyə atəş açıb.
“Report” xəbər verir ki, məlumatı “TRTHaber” yayıb.
Hadisə ölkənin Maqvey bölgəsində baş verib. Nəticədə 38 nəfə ölüb.
Qeyd edək ki, 2021-ci il fevralın 1-də Myanmada hərbçilər hakimiyyəti ələ keçirərək ölkə üzrə fövqəladə vəziyyət rejimi elan edib. Myanma Prezidenti Vin Min, Nobel sülh mükafatı laureatı, Myanmanın xarici işlər naziri və dövlət müşaviri Aun San Su Çji, hökumətin bir sıra üzvləri saxlanılıb.