Myanmada keçmiş dövlət müşaviri Aun San Su Çjini orduda iğtişaş yaratdığı və sanitar normaları pozmaqda günahkar bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilib.
“Report” xəbər verir ki, məlumatı “France Presse” agentliyi yayıb.
Qeyd edək ki, bu il fevralın 1-də Myanmada hərbi çevriliş olub. Ölkədə bir il müddətinə fövqəladə vəziyyət elan edilib. Myanma Prezidenti Vin Mina və dövlət müşaviri Aun San Su Çji də daxil olmaqla müxtəlif mülki vəzifəli şəxslər həbs edilib.
Xatırladaq ki, 76 yaşlı siyasətçi Aun San Su Çji “Demokratiya uğrunda Milli Liqa”nın lideridir. O, 1991-ci ildə Nobel sülh mükafatına layiq görülüb.
Aun San Su Çji 2016-2021-ci illərdə Myanmanın XİN rəhbəri və dövlət müşaviri (baş nazir statusuna uyğun) vəzifəsini tutub.