Myanmada hərbçilərlə yerli sakinlər arasında silahlı qarşıdurmalar davam edir

Myanmada hərbçilərlə yerli sakinlər arasında silahlı qarşıdurmalar davam edir Myanmanın qərbində yerləşən Çin ştatında hərbi xunta rejimi ilə yerli silahlı müqavimət hərəkatının silahlıları arasında atışma olub
Digər ölkələr
16 May , 2021 10:32
Myanmada hərbçilərlə yerli sakinlər arasında silahlı qarşıdurmalar davam edir

Myanmanın qərbində yerləşən Çin ştatında hərbi xunta rejimi ilə yerli silahlı müqavimət hərəkatının silahlıları arasında atışma olub.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, mayın 16-da tərəflər arasında atışma şiddətlənib.

Məlumata görə, Hindistanla sərhəddə yerləşən Mindat şəhərində 20 minə yaxın sakin mühasirəyə düşüb.

Çin ştatı Müdafiə Qüvvələri Hərəkatının üzvlərinin sözlərinə görə, xuntanın hərbçiləri regiona helikopterlə gətirlirir. Qiyamçı hərbçilər ağır hərbi texnikadan istifadə edir. Ölənlər barədə məlumat olmasa da, mayın 15-də azı 15 nəfərin yaralandığına dair xəbər yayılıb.

Xatırladaq ki, fevralın 1-də Myanmada ordu ölkənin xarici işlər nazirini, dövlət müşaviri Aun San Su Çjini və başqa rəhbər şəxsləri saxlayaraq hakimiyyətin ələ keçirildiyini elan edib. Hazırda ölkədə hakimiyyət Myanma Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Min Aun Xlaynın əlindədir.

Hərbçilər bildiriblər ki, çevriliş 8 noyabr 2020-ci ildə keçirilən seçkilərdə kütləvi saxtakarlıq ittihamlarına cavab olub. Çevrilişin ardınca Myanmada fövqəladə vəziyyət rejimi elan edilib. Ölkədə il ərzində hərbi xunta hakimiyyətdə olacaq.

Son xəbərlər

Orphus sistemi