Myanmada bu gün öldürülənlərin sayı 100 nəfərə çatdı - YENİLƏNİB

Myanmada bu gün öldürülənlərin sayı 100 nəfərə çatdı - YENİLƏNİB Öldürülənlərin sayı 388 nəfərə çatıb
Digər ölkələr
27 Mart , 2021 21:20
Myanmada bu gün öldürülənlərin sayı 100 nəfərə çatdı - YENİLƏNİB

Myanmada martın 27-də hərbi rejim əleyhinə keçirilən etiraz yürüşünün dağıdılması zamanı polis və ordunun atəş açması nəticəsində öldürülən aksiyaçıların sayı 100 nəfərə çatıb.

“Report” xəbər verir ki, məlumatı “Anadolu” agentliyi yayıb.

Qeyd edək ki, Myanmanın Yanqon, Mandalay, Myeik, Vundvin, Meikhtila və Kyaukpadaunq şəhərlərində keçirilən etiraz aksiyalara hərbçilər atəş açıb.

Bununla da fevralın 1-dən hərbi xuntaya qarşı etiraz aksiyalarının iştirakçıları ilə təhlükəsizlik qüvvələri arasında toqquşmalar nəticəsində öldürülənlərin sayı artaraq 388 nəfərə çatıb.

Myanmanın Siyasi Məhbuslarına Yardım Assosiasiyasının məlumatına görə, həlak olanların əksəriyyəti 18-24 yaş qrupları arasında olan insanlardır.

Xatırladaq ki, fevralın 1-də Myanmada ordu ölkənin xarici işlər nazirini, dövlət müşaviri Aun San Su Çjini və başqa rəhbər şəxsləri saxlayaraq hakimiyyətin ələ keçirildiyini elan edib. Hazırda ölkədə hakimiyyət Myanma Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Min Aun Xlaynın əlindədir. Hərbçilər bildiriblər ki, çevriliş 8 noyabr 2020-ci ildə keçirilən seçkilərdə kütləvi saxtakarlıq ittihamlarına cavab olub. Çevrilişin ardınca Myanmada fövqəladə vəziyyət rejimi elan edilib. Ölkədə il ərzində hərbi xunta hakimiyyətdə olacaq.

13:57

Myanmada martın 27-də hərbi rejim əleyhinə keçirilən etiraz yürüşünün dağıdılması zamanı polis və ordunun atəş açması nəticəsində 56 aksiyaçı ölüb.

“Report” xəbər verir ki, məlumatı “Anadolu” agentliyi yayıb.

Bildirilib ki, Myanmanın Yanqon, Mandalay, Myeik, Vundvin, Meikhtila və Kyaukpadaunq şəhərlərində keçirilən etiraz aksiyalara hərbçilər atəş açıb. Məlumata görə, hərbçilərin açdıqları atəş nəticəsində ölənlərin meyitləri əsgərlərin yerləşdiyi ərazidə qaldığından onları götürmək hələ ki mümkün deyil. Ona görə də ölənlərin sayının artacağı istisna olunmur.

Myanmada fevralın 1-dən hərbi xuntaya qarşı etiraz aksiyalarının iştirakçıları ilə təhlükəsizlik qüvvələri arasında toqquşmalar nəticəsində öldürülənlərin sayı 344 nəfərə çatıb.

Myanmanın Siyasi Məhbuslarına Yardım Assosiasiyasının məlumatına görə, həlak olanların əksəriyyəti 18-24 yaş qrupları arasında olan insanlardır.

Xatırladaq ki, fevralın 1-də Myanmada ordu ölkənin xarici işlər nazirini, dövlət müşaviri Aun San Su Çjini və başqa rəhbər şəxsləri saxlayaraq hakimiyyətin ələ keçirildiyini elan edib. Hazırda ölkədə hakimiyyət Myanma Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Min Aun Xlaynın əlindədir. Hərbçilər bildiriblər ki, çevriliş 8 noyabr 2020-ci ildə keçirilən seçkilərdə kütləvi saxtakarlıq ittihamlarına cavab olub. Çevrilişin ardınca Myanmada fövqəladə vəziyyət rejimi elan edilib. Ölkədə il ərzində hərbi xunta hakimiyyətdə olacaq.

Son xəbərlər

Orphus sistemi