Yuxarı

Myanma parlamenti yeni hökumətin tərkibini təsdiq edib

Nazirlər Kabinetinin üzvləri arasında Nobel Sülh Mükafatı laureatı Aun San Su Çji də var

Bakı. 24 mart. REPORT.AZ/ Myanma Milli Qanunvericilik Məclisi (parlament) yeni prezident Thin Çjonun təklif etdiyi yeni hökumətin tərkibini təsdiq edib.

"Report" TASS-a istinadən xəbər verir ki, Nazirlər Kabineti üzvləri arasında Milli Demokratiya Liqası (MDL) partiyasının lideri və Nobel Sülh Mükafatı laureatı Aun San Su Çji də var.

MDL-in rəsmi nümayəndəsi Zav Min Maunqun bildirdiyinə görə, parlament 18 nazirin, o cümlədən Aun San Su Çjinin namizədliyini təsdiqləyib.

Qeyd edək ki, martın 20-də Myanma Milli Qanunvericilik Məclisi yeni prezident Thin Çjonun təklif etdiyi respublikanın yeni hökumət sxemini təsdiq edib. Yeniliyə görə nazirlərin sayı təxminən 40% azalaraq 36-dan 21-ə enib. Nazir portfellərinin sayı isə 32-dən 18-ə qədər azaldılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi