Bakı. 18 dekabr. REPORT.AZ/ Müstəqil Fələstin dövlətinin yaradılmasına dair qətnamə BMT Təhlükəsizlik Şurasına təqdim edilib.
"Report" RİA Novosti agentliyinə istinadən xəbər verir ki, qətnamə layihəsini BMT gündəliyinə İordaniya nümayəndəsi salıb.
Yeni qətnamənin Birləşmiş Ştatlar da daxil olmaqla, Təhlükəsizlik Şurasının bəzi üzvləri tərəfindən müqavimətlə qarşılanacağı gözlənilir.