​Münhendə qanlı hadisəni törətmiş şəxs ölüb, insident nəticəsində yaralananların sayı 20-ə, ölənlərin sayı 10-a çatıb - FOTO - VİDEO - YENİLƏNİB-3

​Münhendə qanlı hadisəni törətmiş şəxs ölüb, insident nəticəsində yaralananların sayı 20-ə, ölənlərin sayı 10-a çatıb - FOTO - VİDEO - YENİLƏNİB-3 Onun hansı şəraitdə öldüyü açıqlanmır
Digər ölkələr
23 İyul , 2016 03:16
​Münhendə qanlı hadisəni törətmiş şəxs ölüb, insident nəticəsində yaralananların sayı 20-ə, ölənlərin sayı 10-a çatıb - FOTO - VİDEO - YENİLƏNİB-3

Bakı. 23 iyul. REPORT.AZ/ Münhendə baş vermiş silahlı atışma nəticəsində ölənlərin sayı 10-a çatıb. Hadisə nəticəsində ən azı 20 nəfər xəsarət alıb. 

"Report"un məlumatına görə, bu barədə yerli mətbuat xəbər yayıb. 

Münhen polisi isə hadisənin 3 nəfər deyil, 1 silahlı tərəfindən törədildiyini bildirib. 

Polisin məlumatına görə, hadisəni törətmiş şəxs intihar edib. Onun cəsədi asayiş keşikçiləri tərəfindən müəyyən edilib. Hüquq-mühafizə orqanları cəsədi tapılmış şəxsin hadisəni törətmiş silahlı şəxs olduğunu bildiriblər. 

Polis hadisənin digər 2 silahlı şəxs tərəfindən törədilməsi versiyasının təsdiqinin tapmadığını bildirib.


***02:30

Münhendə baş vermiş silahlı atışma nəticəsində ən azı 10 nəfər xəsarət alıb. 

"Report" xəbər verir ki, bu barədə yerli polisin yaydığı məlumatda bildirilir. 

Məlumata görə, silahlı şəxslər bir neçə nəfəri yaralayıblar. 

"Focus" jurnalı isə silahlılardan birinin istifadə etdiyi avtomobilin hüquq-mühafizə orqanları tərəfindən müəyyənləşdirildiyini xəbər verib. Jurnalın yaydığı məlumata görə, polis cinayətkarın hadisə yerinə həmin nəqliyyat vasitəsi ilə gəldiyini müəyyən edib.

***00:24

Münhendə silahlı insident nəticəsində ölənlərin sayı 9-a çatıb. 

"Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə Münhen polisi məlumat yayıb. 

Məlumata görə, 9-cu cəsəd hadisənin baş verdiyi ticarət mərkəzinin ərazisində aşkarlanıb. 

Hazırda polis və xüsusi təyinatlılar silahlı şəxslərin zərərsizləşdirilmıəsi məqsədilə xüsusi əməliyyat keçirir. 

Hadisə zamanı xəsarət alanların olduğu bildirilsə də, yaralıların sayı açıqlanmır. 


***22:53

Münhendə silahlı insident nəticəsində ölənlərin sayı 6-a çatıb, yaralananlar var. Ticarət mərkəzində baş vermiş silahlı insidentdən sonra şəhərdə fövqəladə vəziyyət elan olunub.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, şəhər polisi ciddi terror vəziyyətinin olduğunu bəyan edib. 

"Ticarət mərkəzindəki atışmadan sonra Münhendə vəziyyət gərgindir. Söhbət ciddi terror vəziyyətindən gedir"- deyə hüquq-mühafizə orqanlarının yaydığı açıqlamada bildirilir.

Polisin məlumatına görə, insident “Olimpia” ticarət mərkəzi ilə yanaşı, şəhərin Хanauerştrasse və Risştrasse küçələrində də baş verib.

"Bütün baş verənlərə rəğmən, söhbət terrorçuluqdan gedir" – bu açıqlamanı isə "TASS" agentliyinə Münhenin polis nümayəndəsi verib.

Asayiş keşikçiləri hadisə nəticəsində 6 nəfərin öldürüldüyünü rəsmən təsdiqləyiblər. Bununla yanaşı, bildiriblər ki, silahlı şəxslərin yeri hələ ki, müəyyənləşdirilməyib. 

Son xəbərlər

Orphus sistemi