Müharibə fonunda Polşada hərbi xidmətə maraq artıb

Digər ölkələr
  • 29 yanvar, 2023
  • 02:46
Müharibə fonunda Polşada hərbi xidmətə maraq artıb

Polşada Rusiyanın Ukraynaya hərbi müdaxiləsi fonunda vətəndaşların orduda xidmətə marağı artıb.

“Report” “Deutsche Welle”yə istinadən xəbər verir ki, müdafiə naziri Mariuş Blaşşak 2022-ci ildə ölkənin Silahlı Qüvvələrinin 13 742 yeni ərizəçi qəbul etdiyini açıqlayıb.

Bildirilib ki, bu, 2008-ci ildə Polşada məcburi hərbi xidmətin ləğvindən bəri rekord göstəricidir

M. Blaşşakın sözlərinə görə, 2023-cü ilin əvvəlinə Polşa Silahlı Qüvvələrində 164 min əsgər, o cümlədən 36 mini könüllü ərazi müdafiə birləşmələrinin üzvü var.

Varşava gözləyir ki, yaxın illərdə ölkədə hərbi sahədə çalışanların sayı daha da artacaq - 250 000-ə qədər peşəkar əsgər və 50 000-ə qədər ərazi müdafiəsi könüllüsü. Polşada həmçinin 2022-ci ilin payızından istəyən hər kəs üçün bir günlük ilkin hərbi hazırlıq kursları keçirilir.