Yuxarı

Müəllimlərini saatıyla qorxuya salan müsəlman şagird Ağ Evə dəvət edilib

Barak Obama Texas ştatında yaşanan hadisəyə reaksiya verib

Bakı. 17 sentyabr. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama Texas ştatında evdə hazırladığı saatı müəllimlərinə göstərmək üçün məktəbə aparan 14 yaşlı Əhməd Məhəmmədin bomba gəzdirdiyi şübhəsi ilə saxlanılmasına reaksiya verib.

"Report" BBC-yə istinadən xəbər verir ki, Obama öz twitter hesabından "Qəşəng saatdır. Onu Ağ Evə gətirmək istəyərsən? Biz sənin kimi bir çox uşağı elmə həvəsləndirməliyik. ABŞ-ı qüdrətli edən budur” sözlərini yazıb.

Qeyd edək ki, valideyinləri Əhmədin müsəlman olduğu üçün bu hadisənin baş verdiyini iddia etmişdi.

Sentyabrın 14-də baş verən hadisə sosial şəbəkələrdə ciddi etiraza səbəb olmuşdu.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi