Müdafiə naziri: "Venesuela ordusu qanuni hakimiyyəti dəstəkləyir"

Müdafiə naziri: "Venesuela ordusu qanuni hakimiyyəti dəstəkləyir" Venesuela Silahlı Qüvvələri bütövlüklə konstitusiyanın və qanuni hakimiyyətin tərəfində qalır.
Digər ölkələr
30 Aprel , 2019 16:43
Müdafiə naziri: Venesuela ordusu qanuni hakimiyyəti dəstəkləyir

"Venesuela Silahlı Qüvvələri bütövlüklə konstitusiyanın və qanuni hakimiyyətin tərəfində qalır".

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ölkənin Müdafiə naziri Vladimir Padrino Lopez bildirib.

“Bolivariana ordusu milli konstitusiyanın və qanuni hakimiyyətin keşiyində qəti dayanır. Səkkiz dairədə yerləşən bütün hərbi hissələr kazarma və bazalarda normal vəziyyət olduğu, hamısının komandirlərə itaət etdiyini bildirirlər”, - deyə “Twitter”dəki səhifəsində yazan nazir ölkəni zorakılığa qərq etmək istəyən çevriliş təşəbbüskarlarının hərbçilər tərəfindən rədd olunduğunu vurğulayıb.

Venesuela Təsisçi Assambleyasının prezidenti Diosdado Cabello da ölkədə vəziyyətin tam sakit olduğunu bildirib.

Eyni zamanda "CanTV" dövlət internet provayderi ölkə ərazisində sosial şəbəkələrin açılmasına məhdudiyyət gətirib.

Bundan əvvəl müxalifət lideri Xuan Quaido “Azadlıq əməliyyatı"nın yekun mərhələsinə başladıqlarını açıqlayaraq əhalini onlara qoşulmağa çağırmışdı.

Son xəbərlər

Orphus sistemi