Rumen Radev Bolqarıstanda prezident seçkilərində qalib gəlib

Rumen Radev Bolqarıstanda prezident seçkilərində qalib gəlib Bolqarıstanda bülletenlərin 29,85 faizinin hesablanmasından sonra hazırkı dövlət başçısı Rumen Radevin seçkilərdə 65,7 faiz səs topladığı məlum olub.
Digər ölkələr
22 Noyabr , 2021 07:35
Rumen Radev Bolqarıstanda prezident seçkilərində qalib gəlib
Rumen Radev

Bolqarıstanın hazırkı prezidenti Rumen Radev prezident seçkilərinin ikinci turunda qalib gəlib.

“Report”un xəbərinə görə, bu barədə bazar ertəsi Mərkəzi Seçki Komissiyası (MSK) yerli vaxtla saat 04:00-da (Bakı vaxtı ilə saat 06:00) protokolların 99,44%-nin hesablanması əsasında məlumat verib.

MSK-nın rəsmi saytında dərc olunan məlumata görə, seçicilərin 66,67%-i (1 532 412 nəfər) Radevə səs verib. Ən yüksək dövlət vəzifəsinə ikinci namizəd olan Sofiya Universitetinin rektoru Anastas Gerdjikov 31,85% səs (732 035) toplayıb. Seçicilərin 1,48%-i (33 979 nəfər) namizədlərin hər ikisinin əleyhinə səs verib.

Qeyd edək ki, dünən Bolqarıstanda prezident seçkilərinin ikinci turu keçirilib. Səsvermələr ciddi pozuntular olmadan yekunlaşıb. Səslərin hesablanması başa çatır.

Rudevin seçkilərdə qalib olması “exit-poll”un nəticələrində də əskini tapıb.

01:53

Bolqarıstanda bülletenlərin 29,85 faizinin hesablanmasından sonra hazırkı dövlət başçısı Rumen Radevin seçkilərdə 65,7 faiz səs topladığı məlum olub.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.

Radevlə birlikdə Bolqarıstanın vitse-prezidenti postuna namizəd olmuş İlyana Yotova da qalib gəlir.

MSK-nın məlumatına görə, Radevin rəqibi, Sofiya Universitetinin rektoru Anastas Gerdzhikov 32,86% səs toplayıb. Qeyd edək ki, ölkədə keçirilmiş "exit poll"da da Rudevin qalib olduğu açıqlanıb.

Dünən Bolqarıstanda prezident seçkilərinin ikinci turu keçirilib. Hazırkı prezident Rumen Radev bir neçə gün əvvəl keçirilmiş seçkilərdə 49,41 % səs toplayıb. Lakin bu göstərici birinci turda qalib gəlmək üçün kifayət etməyib.

Son xəbərlər

Orphus sistemi