Mozambikdə qasırğa çoxsaylı insan tələfatına səbəb olub

Mozambikdə qasırğa çoxsaylı insan tələfatına səbəb olub Mozambikdə “Qombe” tropik qasırğası insan tələfatına səbəb olub.
Digər ölkələr
13 Mart , 2022 04:53
Mozambikdə qasırğa çoxsaylı insan tələfatına səbəb olub

Mozambikdə “Qombe” tropik qasırğası insan tələfatına səbəb olub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Nampula əyaləti administrasiyasının nümayəndəsi Meti Gondola bildirib.

Məlumata görə, qasırğa nəticəsində 10 nəfər ölüb.

Nampula ölkənin digər bölgələri ilə müqayisədə "Qombe" siklonundan daha çox zərər çəkib. Əyalətdə evlər, elektrik şəbəkələri, rabitə və yol infrastrukturu, o cümlədən körpülər zədələnib.

Mozambik Milli Elektrik Şirkəti ölkənin 20 rayonunda 300 min insanın işıqsız qaldığını açıqlayıb.

Son xəbərlər

Orphus sistemi