Mosulun qərb hissəsinin İŞİD-dən azad edilməsi əməliyyatı başlayıb

Mosulun qərb hissəsinin İŞİD-dən azad edilməsi əməliyyatı başlayıb İraq hərbçiləri artıq 3 aydır onları mühasirədə saxlayırlar
Digər ölkələr
19 Fevral , 2017 09:16
Mosulun qərb hissəsinin İŞİD-dən azad edilməsi əməliyyatı başlayıb

Bakı. 19 fevral. REPORT.AZ/ İraqın baş naziri Heydər əl-Abadi Mosulun qərb hissəsinin İŞİD terror qruplaşmasından azad edilməsi əməliyyatının başladığını bildirib.

"Report"un məlumatına görə, bu barədə "France Presse" xəbər verib.

Qeyd olunur ki, şəhərin qərb hissəsi silahlıların nəzarəti altındadır. İraq hərbçiləri artıq 3 aydır onları mühasirədə saxlayırlar.

"Baş nazir Mosulun qərb hissəsinin azad edilməsi uğrunda əməliyyatın başlanması barədə bəyan edib" – deyə agentlik baş nazirin mətbuat xidmətinin məlumatından sitat gətirib.

Mosulun şərq hissəsi ötən ilin oktyabrında İŞİD-dən azad edilib.

Son xəbərlər

Orphus sistemi