Mosulda partlayış nəticəsində 15 nəfər ölüb

Mosulda partlayış nəticəsində 15 nəfər ölüb Daha 23 nəfər yaralanıb
Digər ölkələr
17 Sentyabr , 2017 15:58
Mosulda partlayış nəticəsində 15 nəfər ölüb

Bakı. 17 sentyabr. REPORT.AZ/ Mosulun qərbində sünnü tayfa qüvvələrinin hərbi təhsil mərkəzi olaraq istifadə etdiyi bir məktəbə yerləşdirilən bombanın partladılması nəticəsində 15 nəfər ölüb, 23 nəfər yaralanıb.

"Report" xəbər verir ki, insident Məciran kəndində qeydə alınıb.

Ölənlər və yaralananlar arasında qadın və uşaqlar var.

Hadisə qurbanlarının bir hissəsi partlayışın gücü nəticəsində dağılan binanın yaxınlığında olublar.

Son xəbərlər

Orphus sistemi