Mosulda İŞİD rəhbərinin köməkçisi məhv edilib

Mosulda İŞİD rəhbərinin köməkçisi məhv edilib Zarkaui əl-Xalis hava zərbələri zamanı 4 əlaltısı ilə birlikdə məhv edilib
Digər ölkələr
14 May , 2017 23:17
Mosulda İŞİD rəhbərinin köməkçisi məhv edilib
Courtesy İmage

Bakı. 14 may. REPORT.AZ/ İraqda İŞİD liderinin köməkçisi məhv edilib.

"Report"un məlumatıına görə, bu barədə "AlSumaria" telekanalı Diyala vilayəti administrasiyası təmsilçisinə istinadən xəbər verib.

Məlumata görə, Zarkaui əl-Xalis kimi tanınan ekstremist hava zərbələri zamanı 4 əlaltısı ilə birlikdə məhv edilib. "Briqada generalı olmuş silahlının, habelə onun 4 köməkçisinin Mosulun qərb hissəsinə endirilmiş hava zərbələri zamanı öldürülməsi barədə təsdiq olunmuş informasiya var" – deyə vilayətin şərq hissəsinin şəhər meri bildirib.

Qeyd edək ki, o, Səddam Hüseynin hakimiyyəti dövründə ölkənin güc strukturlarının zabiti olub. Əl-Xalis 2014-cü ildə İŞİD-ə qoşularaq Mosula gəlib və burada qruplaşmanın yüksək vəzifələrindən birini tutub. 

Son xəbərlər

Orphus sistemi