Yuxarı
    Bağlamaq

    Mosulda İŞİD komandirlərinin gizli görüşü zamanı güclü partlayış olub

    Yerli sakinlər partlayış nəticəsində terror qruplaşmasının elit batalyon komandirlərinin öldüyünü bildiriblər

    Bakı. 31 oktyabr. REPORT.AZ/ İraqın Mosul şəhərinin mərkəzində İŞİD terror qruplaşmasının komandirlərinin görüşü zamanı güclü partlayış baş verib.

    Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

    Mosulun yerləşdiyi Naynava vilayətindən olan mənbənin "Al Sumaria" telekanalına verdiyi məlumata görə, yerli sakinlər partlayış nəticəsində terror qruplaşmasının bir sıra komandirlərinin, o cümlədən İŞİD lideri Əbu Bəkr əl-Bağdadi ilə birbaşa bağlı olan elit batalyon komandirlərinin öldüyünü bildiriblər.

    Partlayışın hansı qüvvələr tərəfindən törədildiyi dəqiqləşdirilməyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi