Mosulda güclü partlayış baş verib, azı 12 nəfər ölüb

Mosulda güclü partlayış baş verib, azı 12 nəfər ölüb Kamikadze özünü kütlənin arasında partladıb
Digər ölkələr
25 İyun , 2017 09:59
Mosulda güclü partlayış baş verib, azı 12 nəfər ölüb

Bakı. 25 iyun. REPORT.AZ/ Mosulda törədilən partlayış nəticəsində azı 12 nəfər ölüb, 20-dən çox insan yaralanıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə İraqın hərbi həkimlərinə istinadən "Frans Press" məlumat yayıb.

Hadisə Maşahda məhəlləsində baş verib. Terrorçu-kmikadze mühasirədə olan şəhəri tərk etmək istəyən qaçqın kütləsinin arasında özünü partladıb.

"Kamikadze bir qrup insanın arasına girərək özünü partladıb ki, onlar bizim hərbçilərə gedib çata bilməsinlər", — deyə İraq ordusunun nümayəndəsi bildirib.

Hərbi həkimlərin məlumatına görə, xəsarət alanlar arasında qadınlar və uşaqlar var.

Son xəbərlər

Orphus sistemi