Bakı. 20 fevral. REPORT.AZ/ İraqın Daxili İşlər Nazirliyi fevralın 19-da Mosul şəhərinin qərb yamacında İŞİD terror qruplaşmasının mövqe və obyektlərinə endirilən aviazərbələrin kadrlarını yayıb.
"Report" xəbər verir ki, ordu aviasiyasının komandanı, general-leytenant Həmid əl-Maliki İraq vertolyotlarının həyata keçirdiyi 22 uçuş nəticəsində 93 İŞİD terrorçusunun məhv edildiyini bildirib.
İraq ordusu ABŞ-ın dəstəyi ilə fevralın 19-da İŞİD-i Mosuldan tam olaraq çıxarmaq üçün qurudan əməliyyatlara başlayıb.