Yuxarı

​Moskvada Putin, Olland və Merkel arasında danışıqlar başa çatıb

Kiyev və Moskvada Ukraynadakı vəziyyətlə bağlı keçirilən görüşlərə fevralın 8-də yekun vurulacaq

Bakı. 7 fevral. REPORT.AZ/ Kremldə Rusiya prezidenti Vladimir Putin, Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransua Olland arasında beş saat davam edən görüş başa çatıb.

V.Putinin mətbuat katibi Dmitri Peskovun verdiyi məlumata görə, Kiyev və Moskvada Ukraynadakı vəziyyətlə bağlı keçirilən görüşlərə fevralın 8-də yekun vurulacaq.

"Report" "Lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Yekun sənəd hələ hazırlanır. O, bütün münaqişə tərəflərinə təqdim olunacaq. Eyni zamanda ora həm Pyotr Poroşenkonun təklifi, həm də, Vladimir Putinin təşəbbüsü daxil edilə bilər.

Gözlənilir ki, fevralın 8-də liderlərin "Normandiya formatı"nda telefon danışıqları baş tutacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi