Yuxarı

Moskvada müxalifətin Nemtsovun xatirəsinə yürüş keçirməsinə icazə verilib

müxalifətin əvvəlləcədən planlaşdırdığı yerdə keçiriləcək yürüş Moskva şəhər rəsmiləri tərəfindən sanksiyalaşdırılıb

Bakı. 1 Mart. REPORT.AZ/ Rusiya rəsmiləri müxalifət liderlərinə prezident Vladimir Putinin siyasəti və Ukraynada müharibəyə qarşı etiraz nümayişinə çağırandan sonra dünən gecə qətlə yetirilmiş müxalifət lideri Boris Nemtsovun xatirəsinə bazar günü Moskvada yürüş keçirilməsinə icazə verib.

"Report"un Amerikanın Səsinə istinadla verdiyi məlumata görə, müxalifətin əvvəlləcədən planlaşdırdığı yerdə keçiriləcək yürüş Moskva şəhər rəsmiləri tərəfindən sanksiyalaşdırılıb.

Rusiya müxalifət lideri Boris Nemtsov cümə günü axşam Kreml yaxınlığında körpünü keçdiyi zaman güllə ilə vurulub öldürülüb. Rusiyanın daxili işlər nazirliyi Nemtsova dörd dəfə atəş açıldığını bildirib.

Qətlə yetirilməzdən bir neçə saat öncə Rusiyanın “Exo Moskvı” radiosuna müsahibə verən Boris Nemtsov Moskva sakinlərini bazar günü Rusiyanın Ukraynada təcavüzü əleyhinə nümayişə qatılmağa çağırmışdı.

Rusiya prezidenti Vladimir Putinin sözçüsü cinayətin sifarişli qətlə bənzədiyini deyərək, onun təhrikçi xarakter daşıdığını bildirib. O, Kremlin təhtiqaqata nəzarət edəcəyini deyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi