Moskvada erməni əsilli iş adamı tutulub

Moskvada erməni əsilli iş adamı tutulub Moskva polisi Optima tütün distribütor şirkətinin erməni əsilli keçmiş sahibi Albert Xudoyanı şirkətlərdən birinin üç torpaq sahəsinin oğurlanması ittihamı ilə saxlayıb.
Digər ölkələr
15 İyun , 2019 04:48
Moskvada erməni əsilli iş adamı tutulub

Moskva polisi "Optima" tütün distribütor şirkətinin erməni əsilli keçmiş sahibi Albert Xudoyanı şirkətlərdən birinin üç torpaq sahəsinin oğurlanması ittihamı ilə saxlayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu onun vəkili Aleksandr Karabanov deyib.

Onun sözlərinə görə istintaq iş adamını 10 milyon dollar məbləğindən ziyan vurmaqda məsuliyyətli bilir.

"Müstəntiq Albert Aşotoviç Xudoyana qarşı üç torpaq sahəsinin oğurlanması şəklində xüsusi iri həcmdə dələduzluq ittihamı irəli sürüb", - deyə hüquq müdafiəçisi bildirib.

Bundan əlavə, vəkil bildirib ki, yaxın vaxtlarda istintaq Xudoyan barəsində qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət edəcək.

Son xəbərlər

Orphus sistemi