Bakı. 28 yanvar. REPORT.AZ/ Moskva vilayətində Tomilino stansiyası yaxınlığında ana və üç övladı elektrik qatarının altında qalıb.
"Report" "Lenta.ru"ya istinadən xəbər verir ki, qadın və bir yaşlı körpə hadisə yerində ölüb, üç və altı yaşlarında olan digər iki oğlan uşağı isə xəstəxanaya yerləşdirilib.
Polis və xilasetmə xidmətinin əməkdaşları hadisə yerində işləyirlər.
Məlumata görə, 36 yaşlı qadın üç övladı ilə dəmir yolunu nəzərdə tutulan piyada keçidindən deyil, kənardan keçib. Nəticədə qadın ölümcül xəsarət alıb, bir yaşlı uşaq da keçinib.