Yuxarı
    Bağlamaq

    Moskva NATO yanındakı nümayəndəliyinin səviyyəsini azaltmaq niyyətindədir

    Nümayəndəlik müvəqqəti işlər vəkili səviyyəsinə qədər azalacaq

    Bakı. 10 iyul. REPORT.AZ/ Rəsmi Moskva NATP-nun yürütdüyü siyasətə görə, Alyans yanındakı nümayəndəliyinin səviyyəsini daimidən müvəqqətiyədək azaltmaq imkanını nəzərdən keçirir.

    "Report" xəbər verir ki, bu barədə "İzvestiya" qəzeti Rusiya Xarici İşlər Nazirliyindəki mənbələrə istinadən yazıb.

    Qeyd olunur ki, belə təşəbbüs ittifaqın konstruktiv dialoqa meyilli olmaması, hər hansısa müzakirənin isə Rusiya tərəfinə qarşı ittihamlara çevrilməsi ilə bağlıdır.

    "Daimi nümayəndə Aleksandr Qruşko Moskvaya qayıtdıqdan sonra Brüsseldə müvəqqəti işlər vəkilini saxlamaq variantı nəzərdən keçirilir", - mənbə bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi